"Sumqayıt"ı təbrik edirəm. Premyer Liqadan düşməyimiz 3 tur əvvəl rəsmiləşmişdi. Belə vəziyyətdə komandanı hazırlamaq çətindir. Düzdür, bu, bizim işimizdir".
İdman.biz xəbər verir ki, bunu "Səbail"in məşqçisi Elvin Məmmədov "Sumqayıt"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, Misli Premyer Liqasının 36-cı turunda doğma meydanda qeydə alınmış 1:4 hesablı məğlubiyyəti şərh edib: Nə qədər çalışsaq da, motivasiyanı saxlaya bilmirik. Birinci hissədə daha yaxşı oynadıq. İkinci yarıda "Sumqayıt" öz gücünü göstərdi. Bundan sonra qollar buraxdıq. Bizim üçün çempionat onsuz da bitmişdi. Bundan sonrakı perioda baxacağıq. Gitay Sofirin ayağında bir az problem var idi. Risk etmədik. Həm də gənc futbolçu Oruca şans verdik. Pis də oynamadı".
Qeyd edək ki, mövsümü sonuncu pillədə başa vuran "Səbail" 1-ci Liqaya yuvarlanıb.
İdman.biz