Neymar qayıtsa da, komandasına kömək edə bilməyib

Xəbərlər
23 May 2025 11:11
42
Neymar qayıtsa da, komandasına kömək edə bilməyib

Futbol üzrə Braziliya kubokunun 1/16 final mərhələsində aşağı liqa təmsilçisi CRB iki oyunun nəticəsinə görə “Santos”u mübarizədən kənarlaşdırıb.

İdman.biz xəbər verir ki, ilk görüş 1:1, cavab qarşılaşması isə 0:0 hesabları ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib - 5:4.

Cavab matçının əsas hadisəsi Neymarın "Santos"un iştirak ərizəsində yer alması olub. Ulduz futbolçu əsas heyətə düşməsə də, 66-cı dəqiqədə meydana çıxıb.

Neymar penaltilər seriyasında qol vursa da, bu kifayət etməyib: “Santos”un digər iki oyunçusu qeyri-dəqiq olub.

Qeyd edək ki, dizaltı vətərinin zədələnməsi səbəbindən bir aydan çox oynamayan Neymar komandasının 6 matçını buraxmışdı.

İdman.biz

Məqalədə: