Kriştiano Ronaldo Junior qol hesabını açıb, dubl edib və qalib olub - VİDEO

Xəbərlər
18 May 2025 21:15
43
Kriştiano Ronaldo Junior qol hesabını açıb, dubl edib və qalib olub - VİDEO

Kriştiano Ronaldo Junior Portuqaliya millisində qol hesabını açıb.

İdman.biz xəbər verir ki, Kriştiano Ronaldonun oğlu U-15 komandasının Xorvatiyaya 3:2 hesabı ilə qalib gəldiyi final matçının ilk hissəsində dubl edib.

Onun vurduğu qolları atası kimi "SIU" qışqıraraq qeyd etdiyi diqqətdən yayınmayıb.

Portuqaliyanın yeniyetmələr millisi ilə Xorvatiyada Vlatko Markoviç turnirində çıxış edən Kriştiano Ronaldo Junior qrupdakı üç oyunda rəqib qapılarına yol tapa bilməyib.

İdman.biz