Almaniya 2-ci Bundesliqasında sonuncu - 34-cü turun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" səfərdə autsayderlərdən biri "Ayntraxt Braunşveyq" komandasına 4:1 hesabı ilə qalib gəlib.
Qonaqlar birinci hissədə rəqib qapısından 4 top keçiriblər ki, onlardan da üçünə Azərbaycan millisinin forvardı imza atıb.
Bu qələbə sayəsində xalını 48-ə çatdıran "Nürnberq" mövsümü 10-cu pillədə başa vurub.
Mahir Emreli 2-ci Bundesliqada 24 oyun və 10 qolla yadda qalıb.
İdman.biz