Qurban Qurbanov: "Bu oyunda çempionluğu daha yaxşı hiss etdik"

Xəbərlər
18 May 2025 21:23
42
Qurban Qurbanov: "Bu oyunda çempionluğu daha yaxşı hiss etdik"

"Maraqlı oyun izlədik".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXXV turunda "Kəpəz" matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının böyükhesablı qələbəsini şərh edib: "Ümumilikdə komandanın oyunundan razı qaldım.
Oyunçularımı təbrik edirəm. Azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Maraqlı bir oyun alındı. 3 tur əvvəldən çempionluğu rəsmiləşdirməyimizə baxmayaraq, bu oyunda çempionluğu daha yaxşı hiss etdik. Azər Bağırova və "Kəpəz"ə uğurlar arzulayıram".

Qeyd edək ki, “Qarabağ” – “Kəpəz” matçı Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aytac Sahəd
İdman.biz