Di Mariya "Benfika"dan ayrılır

Xəbərlər
18 May 2025 18:28
31
Di Mariya "Benfika"dan ayrılır

"Benfika"nın yarımmüdafiəçisi Anxel Di Mariya yayda komandasından ayrılacaq.

İdman.biz xəbər verir ki, 37 yaşlı futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, klublararası dünya çempionatı zamanı komandanın heyətində təmsil olunmayacaq.

Ulduz futbolçunun Lissabon klubu ilə müqaviləsi iyunun 30-da başa çatır.

Qeyd edək ki, Di Mariya cari mövsüm keçirdiyi 39 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib.

İdman.biz