Messi futbol tarixinin ən yaxşısı seçilib - Ronaldo ilk 3-lükdən kənarda

Xəbərlər
18 May 2025 17:26
95
Messi futbol tarixinin ən yaxşısı seçilib - Ronaldo ilk 3-lükdən kənarda

Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi futbol tarixinin ən yaxşı oyunçusu seçilib.

İdman.biz xəbər verir ki, bu, IFFHS tərəfindən hazırlanmış siyahıda öz əksini tapıb.

Sıralamada tarixin ən yaxşı 10 futbolçusu yer alıb:

Lionel Messi (Argentina)
Pele (Braziliya)
Maradona (Argentina)
Kristiano Ronaldo (Portuqaliya)
Yohan Kroyff (Noderland)
Ronaldo (Braziliya)
Zinəddin Zidan (Fransa)
Franz Bekkenbauer (Almaniya)
Alfredo Di Stefano (Argentina/İspaniya)
Ronaldinyo (Braziliya)

Qeyd edək ki, Messi karyerası ərzində 8 dəfə “Qızıl top”u və 4 dəfə Çempionlar Liqasını qazanıb. 2022-ci ildə hücumçu Argentina millisinin heyətində dünya çempionu olub. Ronaldo 5 dəfə “Qızıl top”u qazanıb. 2016-cı ildə Portuqaliya yığmasında Avropa çempionatının qalibi olub.

İdman.biz