“Şamaxı”dan "Zirə"yə transfer

Xəbərlər
18 May 2025 01:46
54
“Şamaxı”dan "Zirə"yə transfer

“Şamaxı”nın futbolçusu Brahim Konatenin növbəti mövsümə hansı klubda start verəcəyi bəlli olub.

İdman.biz xəbər verir ki, fransalı futbolçu "Zirə" ilə anlaşıb.

Bu məlumatı "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Araz-Naxçıvan"la oyundan sonra təsdiq edib. O, təcrübəli yarımmüdafiəçinin "Zirə"yə keçəcəyini bildirib. Abbasov komandanın serbiyalı müdafiəçi Vasilit Bakiçlə isə yolları ayırdıqlarını deyib.

Qeyd edək ki, Konate bu mövsümdə 30 oyunda 9 qol və 3 ötürmə yadda qalıb. Bakiç isə 25 görüşdə meydana çıxıb, 1 dəfə fərqlənib.

İdman.biz