"Layiqli qələbə qazandıq. Bəzi epizodları dəyərləndirə bilmədik".
İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev "Sumqayıt"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis Misli Premyer Liqasının 35-ci turunda səfərdə 1:0 hesablı qələbəni şərh edərkən zədəli futbolçularla bağlı problem yaşadıqlarını bildirib: "Denis Marandiçi, Roderik Miller, Şəhriyar Əliyevin olmaması oyunumuza ciddi təsir etdi. Bir oyunçu olmayanda onu necəsə əvəz etmək olar. Demək olar ki, bütün müdafiə xətti sıradan çıxdı. Gələn oyunçuların da onların yerini tutması xeyli vaxt apardı. Yeni ilə qədər demək olar ki, ciddi səhvlərimiz olmurdu. Amma çempionatın ikinci yarısında itkilərə görə ciddi səhvlərimiz oldu. Əgər mövsümün əvvəlində desəydilər ki, 4-cü yeri tutacaqsınız, bundan razı qalardım. Azərbaycan çempionatını tanımırdım. Amma çempionatın gedişinə əsasən deyə bilərəm ki, daha yaxşı ola bilərdi. Əsas oyunçularımızın yoxluğu ciddi təsir etdi".
İdman.biz