Bakıda dünya çempionatı ilə əlaqədar “Fan Zona” təşkil olunub - FOTO/VİDEO

Xəbərlər
15 May 2025 16:04
210
Bakıda dünya çempionatı ilə əlaqədar “Fan Zona” təşkil olunub - FOTO/VİDEO

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə əlaqədar “Fan Zona” təşkil olunub.

İdman.biz xəbər verir ki, “Fan Zona”da gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və digər rəsmi şəxslər, o cümlədən “Yaşat” fondunun nümayəndələri, şəhid övladları, minifutbol üzrə milli komandamızın üzvləri və digər qonaqlar iştirak ediblər.

“Fan zona”da müxtəlif attraksionlar və əyləncə bölmələri təşkil olunub, zonanın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verilib.

Qeyd edək ki, mundial mayın 21-dən iyunun 1-nə qədər keçiriləcək.

Aytac Sahəd
İdman.biz