"İstəyimiz liqada qalmaq idi və bacardıq. Mövsümü uğurlu saymaq olar".
İdman.biz xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov “Araz-Naxçıvan”la oyundan sonra keçirilən mətbuat konfransınd deyib.
O, Azərbaycan Premyer Liqasının 35-c turunda öz meydanında 0:1 hesablı məğlubiyyəti şərh edib: "Rəqibi təbrik edirəm, onlar üçün yaxşı il keçdi. Gələcəyə baxmalıyıq. Son oyunlarda gənclər, az oynayanlar meydanda olur. Son oyun qalıb. Çempionatın bitməsini səbirsizliklə gözləyirəm. Növbəti mövsümü düşünəcəyik. Büdcəyə baxmaq lazımdır. Real olmalıyıq. Bu büdcə ilə yüksək hədəf olmur. Cəhdlər edəcəyik, nə dərəcə alınacaq, görəcəyik. Bunlar büdcədən asılıdır. Bu rəhbərliklə işləmək rahatdır, peşəkar işlər görülür. Hər şeyi turnir cədvəlinə bağlamaq lazım deyil. Futbolçunu yetişdirmək də lazımdır. Bu gün Rüfət Abbasov, Edqar kimi oyunçular çıxıb. Bəzi klublar milyonlar xərcləyir, amma iki futbolçu çıxara bilmir. İnanmaq lazımdır. İnanım, bu gün 15 gənc olsaydı, hamısını oynadardım. Bu gün debüt edən Cəfər ötən mövsüm “Səbail”in əvəzedici komandasında idi. İşləmək istəyirik, çəkilmirik".
İdman.biz