Kamal Umudlu Avropa çempionatının final mərhələsində

Xəbərlər
16 May 2025 16:54
42
Kamal Umudlu Avropa çempionatının final mərhələsində

FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, azərbaycanlı ədalət təmsilçisi 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında ehtiyat hakim olacaq.

Avropa çempionatı mayın 19-dan iyunun 1-dək 8 komandanın iştirakı ilə Albaniyada təşkil ediləcək.

İdman.biz