"Barselona"dan çempionluq paradı - FOTO/VİDEO

Xəbərlər
17 May 2025 00:00
43
"Barselona"dan çempionluq paradı - FOTO/VİDEO

"Barselona" İspaniya çempionatının 2024/25 mövsümündə qazanılan çempion titulunu qeyd edib.

İdman.biz xəbər verir ki, Barselonanın küçələrində komandanın paradı keçirilib.

Xüsusi hazırlanmış avtobusla futbolçular qələbə sevincini "Barselona"nın azarkeşləri ilə bölüşüblər. Komandanın bu mövsümdə əldə etdiyi İspaniya çempionatı, Superkuboku və ölkə kuboku mükafatları nümayiş etdirilib.

Qeyd edək ki, "Barsa" dünən Kataloniya derbisində "Espanyol"a 2:0 hesabı ilə qalib gələrək, tarixində 28-ci dəfə İspaniya çempionu olub.

İdman.biz