"Qəbələ"yə çempion kuboku təqdim olunub - VİDEO

Xəbərlər
15 May 2025 18:44
64
"Qəbələ"yə çempion kuboku təqdim olunub - VİDEO

Futbol üzrə Azərbaycan I Liqasının çempionu "Qəbələ" mükafatlandırılıb.

İdman.biz xəbər verir ki, mükafatlandırma mərasimi "Zaqatala" ilə oyundan (4:0) sonra Qəbələ şəhər stadionunda təşkil olunub.

Komandanın futbolçularına medallar təqdim edilib və kapitan Asif Məmmədova kubok verilib. Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

Qeyd edək ki, "Qəbələ" "Zaqatala"ya 4:0 hesabı ilə qalib gəlib. Komanda mövsümün başa çatmasına 1 tur qalmış 64 xalla turnir cədvəlinə başçılıq edir.

İdman.biz