Kamerun millisinin hücumçusu Vensan Abubakarın “Qarabağ”la danışıq apardığı haqda bir müddətdir ki, xəbərlər yayılıb. Türkiyənin “Fanatik” və “Fotomac” qəzetlərində isə bu gün bu barədə yeni iddia irəli sürülüb.
İdman.biz QOL.az-a istinadən xəbər verir ki, Abubakar bugünlərdə Türkiyənin "Hatayspor" klubu ilə müqaviləni qarşılıqlı şəkildə ləğv edib.
İndi onun Çempionlar Liqasında oynamaq istəyi və buna görə də “Qarabağ”a keçməkdə maraqlı olduğu bildirilir.
Daxil olan məlumata görə isə 33 yaşlı forvardla klub səviyyəsində danışıq olmayıb. Bununla yanaş, Ağdam təmsilçisinin skautları uzun müddətdir hücumçu axtarışındadır və bir neçə əcnəbi forvardla artıq danışıqlar olub. İstisna deyil ki, Abubakarla da danışıqlar menecerlər səviyyəsində aparılır.
Qeyd edək ki, Vensan Abubakar “Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr” klublarında da çıxış edib. O, bu mövsüm Türkiyə superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini edib.
İdman.biz