"Roma", nəhayət, uduzub - bəs hansı klubların uğurlu seriyası davam edir?

Xəbərlər
13 May 2025 14:16
35
"Roma", nəhayət, uduzub - bəs hansı klubların uğurlu seriyası davam edir?

A Seriyasının 36-cı turu çərçivəsində "Atalanta"ya 1:2 hesabı ilə uduzan "Roma"nın İtaliya çempionatında 19 oyunluq məğlubiyyətsizlik seriyası dayandırılıb.

İdman.biz xəbər verir ki, bəzi komandaların bu mövsüm ardıcıl uduzmadıqları matçların sayı daha çoxdur və davam etməkdədir.

"Srvena Zvezda" hazırkı Serbiya çempionatında keçirdiyi 30 qarşılaşmanın heç birində məğlub olmayıb. Ukraynada eyni nailiyyətə imza atan Kiyev "Dinamo"sunda bu rəqəm 28 oyundur.

"Sportinq" isə Portuqaliya çempionatında son 20 matçında uduzmayıb.

Əgər aşağı liqalara baxsaq, "Börnli"nin İngiltərənin "Championship" divizionunda ardıcıl 33 oyunda məğlub olmaması diqqəti çəkir.

İdman.biz