Ardıcıl 3-cü, ümumilikdə 11-ci çempionluq

Xəbərlər
11 May 2025 11:41
52
Ardıcıl 3-cü, ümumilikdə 11-ci çempionluq

Avropada payız-yaz sistemi üzrə keçirilən futbol üzrə milli çempionatlarda qaliblər müəyyənləşməkdədir.

İdman.biz xəbər verir ki, çempionatın final matçında "Birkirkara" 1:0 hesabı ilə qalib gələn "Hamrun Spartans" ardıcıl 3-cü, ümumiyyətlə isə 11-ci dəfə Malta çempionluğunu qazanıb.

Daha əvvəl Azərbaycan ("Qarabağ"), həmçinin İngiltərə ("Liverpul"), Almaniya ("Bavariya"), Fransa (PSJ), Çexiya ("Slaviya"), Şotlandiya ("Seltik"), Yunanıstan ("Olimpiakos"), Serbiya ("Srvena Zvezda"), Kipr ("Pafos "), Rumıniya (FCSB), Bolqarıstan ("Ludoqorets"), Slovakiya ("Slovan"), Kosovo ("Drita"), Ermənistan ("Noah"), Şimali İrlandiya ("Linfild"), Lüksemburq ("Differdanj"), Şimali Makedoniya ("Şkendiya"), Andorra ("İnter d'Escaldes"), Uels (TNS), Monteneqro ("Buduçnost"), Cəbəllütariq ("Linkoln Red İmps") və San Marinoda ("Virtus") da 2024/25-ci illər mövsümünün çempionları bəlli olub.

İdman.biz