Ronaldonun oğlu ilk dəfə Portuqaliya millisində

Xəbərlər
6 May 2025 15:40
68
Ronaldonun oğlu ilk dəfə Portuqaliya millisində

Kriştiano Ronaldonun oğlu Kriştiano Junior ilk dəfə Portuqaliyanın U15 millisinə çağırılıb.

İdman.biz xəbər verir ki, o, gələn həftə Xorvatiyada keçiriləcək turnirdə çıxış edəcək.

Portuqaliyanın yeniyetmələr yığması Yaponiya, Yunanıstan və İngiltərədən olan həmyaşıdları ilə qarşılaşacaq.

Qeyd edək ki, oğul Kriştiano da atası kimi Səudiyyə Ərəbistanında "Əl-Nəsr"də çıxış edir - klubun yeniyetmələr komandasının şərəfini qoruyur.

İdman.biz