Ançelotti Braziliya millisində çalışmaqdan imtina edib

Xəbərlər
30 Aprel 2025 11:31
155
Ançelotti Braziliya millisində çalışmaqdan imtina edib

Karlo Ançelotti Braziliya millisində çalışmaqdan imtina edib.

İdman.biz xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

"Real Madrid"in baş məşqçisinin qərarı barədə Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodrigesə şəxsən məlumat verdiyi bildirilir.

Ançelotti hazırda Səudiyyə Ərəbistanı klublarından birinin illik 50 milyon avroluq təklifini nəzərdən keçirir.

İtaliyalı məşqçinin "Real"la müqaviləsi 2026-cı ilin iyun ayına kimidir. "Relevo"nun məlumatına görə, Madrid təmsilçisi onun iyunun 14-də start götürəcək klubların dünya çempionatında da iş başında olmasını istəyir.

İdman.biz