Zaur Ramazanov: “Qarabağ” üçün çətin görünür, “Sabah”ı favorit hesab edirəm”

Xəbərlər
22 Aprel 2025 20:11
381
Zaur Ramazanov: “Qarabağ” üçün çətin görünür, “Sabah”ı favorit hesab edirəm”

“Sabah hər iki oyun çətin keçəcək”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Zaur Ramazanov deyib.

O, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçları öncəsi proqnozlarını açıqlayıb. Ramazanov bildirib ki, hər iki matçda istənilən nəticə gözləniləndir: “Ola bilər ki, sabah “Qarabağ” nəsə eləsin. Ancaq bu da çətin görünür. Çünki “Araz Naxçıvan” müdafiəyə meylli komandadır. “Sabah” - “Neftçi” matçında isə favorit birinciləri görürəm. “Ağ-qaralar”ın hazırki durumu bunu deməyə əsas verir. Komandanın heyəti o deyil. Bu heyətlə “Sabah”ı keçə biləcəkləri real görünmür. Bilirsiniz ki, bu baş məşqçi Samir Abasovdən asılı olmayan bir şeydir. Ancaq futboldur, hər şey ola bilər”.

Qeyd edək ki, ilk oyunlarda "Qarabağ" "Araz-Naxçıvan"a 0:1, “Neftçi” “Sabah”a 1:2 hesabı ilə uduzub.

Aytac Sahəd
İdman.biz