Adil Şükürov: “Təcrübəli futbolçular gənclərə heç də yaxşı örnək olmurlar”

Xəbərlər
27 Mart 2025 15:50
110
Adil Şükürov: “Təcrübəli futbolçular gənclərə heç də yaxşı örnək olmurlar”

Azərbaycan millisi yoldaşlıq oyunlarında əvvəlcə Haitiyə (0:3), daha sonra isə Belarusa (0:2) hesabıyla uduzub.

İdman.biz xəbər verir ki, veteran futbolçu Adil Şükürov “Futbolpress.az“a açıqlamasında millinin nəticələrini dəyərləndirib:

“Haiti oyununa baxdıqda adamda elə fikir yaranırdı ki, yığma komandamız Avropanın hansısa qabaqcıl ölkələrinin biriylə yoldaşlıq oyunu oynayır. Haiti millisi yığmamızı mümkün olan bütün komponentlərdə üstələdi. Oyun başlayandan 10 dəqiqə sonra sanki yığma komanda 180 dərəcə dəyişdi. İlk dəqiqələrdə komanda hücumlar edir, rəqib qapısına təzyiqlər etməyə çalışırdı. Haiti millisi ilk qolu vurduqdan sonra yığma komandamızda xaos başladı. Oyunun gedişatında xaotik hücumlar qurur və nəticəyə təsir etməyə çalışırdı . Lakin bu xaotik hücumların qarşısını alan Haiti millisi oyun ərzində yığma komandamızı bir neçə dəfə iki dəqiqəyə yaxın topsuz qaçmağa məcbur edirdi. Bu duruma baxmaq adama çox pis təsir edir .

Belarus ilə oyuna gəldikdə isə heyətdə olunan dəyişiklik həm adamı sevindirir, həm də narahat edir . Sevindirir ona görə ki, gənclərə şans verildi. Narahat edən məsələ isə odur ki , təcrübəli futbolçular bu gənc futbolçulara heç də yaxşı örnək olmurlar. Əvvəllər biz görmüşdük ki , təcrübəli futbolçular gənclərə dəstək olur, səhvlərin düzəldir və lazım olanda örnək olurdu. Amma indiki yığma komandada təcrübəli futbolçuların bəziləri gənc futbolçuları özünə rəqib kimi görür. Bu isə bu gənclərin inkişafının qarşısını almaq deməkdir .

Mütəxəssis komandanın DÇ-2026-dakı rəqibləri – İslandiya, Ukrayna və Fransa haqda fikirlərini bölüşüb: “Yığmamız Haiti millisinə məğlub olandan sonra özüm üçün maraqlı oldu və Fransa ilə Ukrayna milli komandalarının Millətlər Liqasının pley-off mərhələsinin cavab oyunlarına baxdım. İnandırım sizi Fransa Xorvatiyaya ilk oyunda 0:2 hesabıyla məğlub olmuşdusa, cavab matçında Xorvatiya komandasına öz cərimə meydançasından çıxmağa belə imkan vermirdi. Oyundakı sürət o həddə idi ki, 65-70-ci dəqiqələrdən sonra Xorvatiya komandası ancaq oyunu penaltilər mərhələsinə çatdırmaq barəsində fikirləşirdi . Oyunun statistikası bütün komponentlər üzrə Fransa komandasının üstünlüyünü göstərirdi. O ki qaldı yığmamıza qeyd etdiyim kimi qarşıda bizi çox ağır oyunlar gözləyir”.

Şükürov yeni mövsümdə legioner limitinin ləğvinin milliyə təsirsiz ötüşməyəcəyini qeyd edib: “Limitin olmamağı klubların inkişafına güclü təkan verəcək . Amma yığma komanda üçün çox çətin olacaq. Komandaların nə qədər bir turda nəçə nəfər yerli futbolçuya güvənəcəyini isə statistika göstərəcək. Onda da müqayisə edib hansısa nəticələr çıxartmaq mümkün olacaq”.

İdman.biz

Məqalədə: