58 ilin ən ağır ev məğlubiyyəti

Xəbərlər
10 Mart 2025 09:15
153
58 ilin ən ağır ev məğlubiyyəti

“Yuventus” A seriyasının XXVIII turunda “Atalanta” ilə qarşılaşıb.

İdman.biz xəbər verir ki, Turin təmsilçisi öz meydanında 0:4 hesabı ilə məğlub olub.

Bu, “ağ-qaralar”ın son 58 ildə A seriyasındakı ən ağır ev məğlubiyyəti olub. “Yuventus” sonuncu dəfə 1967-ci ildə öz meydanında 4 top fərqi ilə uduzub. Həmin vaxt “Torino” Turin derbisində 4 cavabsız qol vurub.

Qeyd edək ki, “Yuventus”un A seriyasındakı son belə ağır məğlubiyyəti 2023-cü il yanvarın 13-nə təsadüf edib. “Napoli”nin qonağı olan Turin klubu 1:5 hesabı ilə uduzub.

İdman.biz

Məqalədə: