“Qarabağ” yenə qol vuracaq?

Xəbərlər
8 Mart 2025 12:11
107
“Qarabağ” yenə qol vuracaq?

Misli Premyer Liqasının XXVI turu liderlər qrupunda yer alan komandaların oyunu ilə başlayacaq.

İdman.biz xəbər verir ki, “Araz-Naxçıvan” və “Qarabağ” arasında bu gün keçiriləcək matç rəqiblərin ölkə çempionatındakı 11-ci dueli olacaq.

Ağdam klubu əvvəlki 10 oyunda üstünlüyə malikdir. Naxçıvan təmsilçisi 3 qələbə və 1 heç-heçəyə nail olubsa, “Qarabağ” 6 dəfə qalib gəlib. Top fərqində də üstünlük son çempionun tərəfindədir – 21-12.

“Qarabağ” bütün oyunlarda qol vurub. “Araz-Naxçıvan”ın ev oyunlarında isə hər iki komanda qol sevinci yaşayıb.

05.08.2000

Qarabağ - Araz

1:0

10.05.2001

Araz - Qarabağ

2:1

14.10.2001

Araz (Naxçıvan) - Qarabağ-Azərsun

3:2

23.12.2001

Qarabağ-Azərsun - Araz (Naxçıvan)

3:0

20.08.2023

Qarabağ - Araz-Naxçıvan

2:1

30.10.2023

Araz-Naxçıvan - Qarabağ

2:1

23.01.2024

Qarabağ - Araz-Naxçıvan

3:1

26.05.2024

Araz-Naxçıvan - Qarabağ

2:2

02.08.2024

Araz-Naxçıvan - Qarabağ

1:4

22.12.2024

Qarabağ - Araz-Naxçıvan

2:0

Qeyd edək ki, görüş saat 19:00-da başlayacaq.

İdman.biz

Məqalədə: