İstanbulda derbi: “Qalatasaray” “Fənərbaxça” ilə üz-üzə

Xəbərlər
24 Fevral 2025 10:53
136
İstanbulda derbi: “Qalatasaray” “Fənərbaxça” ilə üz-üzə

Bu gün növbəti İstanbul derbisi baş tutacaq.

İdman.biz xəbər verir ki, “Qalatasaray” və “Fənərbaxça” Super Liqanın XXV turunda üz-üzə gələcək.

Turun son qarşılaşması həm də liderlərin dueli olacaq. Digər komandalardan xeyli uzaqlaşan İstanbul nəhəngləri çempionluq mübarizəsində vacib görüşə çıxacaq.

Əsas rəqibindən 6 xal öndə qərarlaşan “Qalatasaray” avrokuboklarla vidalaşdıqdan sonra bütün gücünü daxili arenaya səfərbər edib. Avropa Liqasında da irəliləməyə davam edən “Fənərbaxça” birinci dövrədə evdə aldığı 1:3 hesablı məğlubiyyətin revanşını almaq, bununla da xal fərqini azaltmağa köklənib.

Lakin hər iki komanda oyuna bir neçə itki ilə çıxacaq. “Rams Park”dakı matça əcnəbi hakimin – sloveniyalı Slavko Vinçiçin dəvət olunması da qarşılaşmanın prinsipiallığını göstərir.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Türkiyə Super Liqası
XXV tur
24 fevral
21:00. “Qalatasaray” – “Fənərbaxça”

O

Q

Н

M

T

X

1

Qalatasaray

23

20

3

0

59-23

63

2

Fənərbaxça

23

18

3

2

60-23

57

3

Samsunspor

24

14

4

6

39-26

46

4

Beşiktaş

23

11

8

4

36-23

41

5

Eyupspor

24

11

7

6

36-24

40

6

Göztepe

23

10

5

8

40-28

35

7

Başakşehir

23

9

6

8

39-31

33

8

Trabzonspor

23

8

8

7

39-28

32

9

Kasımpaşa

24

7

10

7

42-47

31

10

Alanyaspor

24

8

7

9

28-33

31

11

Rizespor

24

9

3

12

30-41

30

12

Antalyaspor

24

8

6

10

28-43

30

13

Qaziantep

23

8

5

10

30-33

29

14

Konyaspor

24

6

7

11

30-38

25

15

Sivaspor

24

6

6

12

28-40

24

16

Kayserispor

23

5

9

9

24-42

24

17

Bodrum

24

6

5

13

17-29

23

18

Hatayspor

24

2

7

15

24-43

13

19

Adana Demirspor

24

2

3

19

23-57

3 (-6)

İdman.biz