Kevin Medinanın cəzası dəqiqləşib

Xəbərlər
19 Fevral 2025 13:12
169
Kevin Medinanın cəzası dəqiqləşib

“Qarabağ”ın futbolçusu Kevin Medinanın diskvalifikasiya müddəti bəlli olub.

İdman.biz xəbər verir ki, kolumbiyalı müdafiəçini AFFA-nın İntizam Komitəsi cəzalandırıb.

Buna Medinanın Misli Premyer Liqasının XXIII turunun “Neftçi” ilə səfər görüşündəki qırmızı vərəqə alması səbəb olub. Kevin ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Qarabağ” 1500 manat cərimələnib.

İdman.biz