İspaniya Superkuboku: "Barselona" böyük hesabla "Real"a qalib gəlib - VİDEO

Xəbərlər
13 Yanvar 2025 01:09
223
İspaniya Superkuboku: "Barselona" böyük hesabla "Real"a qalib gəlib - VİDEO

İspaniya Superkubokunun qalibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, finalda "Barselona" böyük hesabla "Real"a qalib gəlib - 5:2.

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "King Abdullah Sports City" stadionunda keçirilən oyunda hesabı 5-ci dəqiqədə "Real" açsa da, "Barsa" əzmkar qələbə qazanıb. Komandanın kapitanı Rafinya dubl edib, qapıçısı Voytsex Şesnı isə 56-cı dəqiqədə qırmızı vərəqə alıb.

Beləliklə, Kataloniya klubu 15-ci dəfə İspaniya Superkubokununa sahib çıxıb.

Qeyd edək ki, yarımfinalda "Barselona" "Atletik"ə (2:0), "Real" isə "Malyorka"ya qalib gəlib (3:0).

İdman.biz