Mikels "Qarabağ"a keçir?

Xəbərlər
23 Dekabr 2024 12:43
225
Mikels "Qarabağ"a keçir?

“Çox yaxşı matç keçirdik. Düşünürəm ki, qələbəyə layiq idik”.

İdman.biz xəbər verir ki, bu sözləri Apasport.az saytına açıqlamasında Leroy Mikels deyib.

“Şamaxı”nın futbolçusu “Sabah”la matçı dəyərləndirib: “Ötən həftə şanssızlıq səbəbindən məğlub olmuşduq. “Qarabağ”la görüşdə son dəqiqə qolu ilə uduzmuşduq. Amma bu gün 3 xala layiq idik. Qış fasiləsinə qələbə ilə yollanmaq əlavə motivasiyadır. İstədiyim qolu vurdum və indi istirahət zamanıdır. Komandada əhval yüksək səviyyədədir. Hər kəs öz işini görür və gələcəyə köklənmişik. Baş məşqçimiz Ayxan Abbasov mənə hər zaman köməklik göstərir. Komandamı sevirəm”.

O, “Qarabağ”a transferi barədə yayılan söz-söhbətlərə də reaksiya bildirib: “Bu barədə məlumatım yoxdur. Təbii ki, hər kəs “Qarabağ” kimi komandada oynamaq istəyər. Böyük klubdur. Lakin “Şamaxı”da xoşbəxtəm. Hələ ki, “Qarabağ”dan rəsmi təklif almamışam. Bu, olsa, o zaman fikir bildirmək mümkündür. Nə olacağını zaman göstərəcək”.

Qeyd edək ki, Misli Premyer Liqasının 18-ci turunun “Şamaxı” – “Sabah” qarşılaşması meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.biz