"Beşiktaş" ingilis futbolçu ilə vidalaşıb

Xəbərlər
27 Avqust 2025 20:56
25
"Beşiktaş" ingilis futbolçu ilə vidalaşıb

"Beşiktaş" Aleks Oksled-Çemberleynlə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, tərəflər razılaşmanı qarşılıqlı şəkildə pozublar.

İstanbul təmsilçisi müqavilənin pozulması üçün ingilis yarımmüdafiəçiyə 1 milyon 750 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, 2023-cü ildən "Beşiktaş"da çıxış edən Aleks 50 oyunda 5 qolla yadda qalıb.

İdman.biz