“Real” iki futbolçusu ilə vidalaşmağa qərar verib.
İdman.biz xəbər verir ki, İspaniya nəhəngi müdafiəçiləri Ferlan Mendi və Fransisko Qarsiyanı satmaq üçün klub axtarır.
Madrid təmsilçisi hər iki oyunçu ilə mövsümün sonunda vidalaşmaq niyyətindədir. Müdafiə xəttini yeniləmək istəyən “Real” artıq yanvarda mərkəz və cinaha oyunçu almağı planlaşdırır.
Qeyd edək ki, cari mövsümdə La Liqada Mendi 11, Qarsiya 14 oyuna çıxıb.
İdman.biz
