"Maraqlı və gərgin oyunun şahidi olduq. Komandamdan çox razıyam. İlin son oyunudur. Bu istəklə oynamaq məni sevindirir. İnanıram ki, bu istəklə, bu oyunla yaxşı işlər görə bilərik".
İdman.biz xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov "Kəpəz"lə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Gənc mütəxəssis Misli Premyer Liqasının 18-ci turunda qeydə alınan 0:0 hesablı heç-heçəni şərh edib: "Oyunun əvvəlində futbolçularda özünəinam az idi. Amma buna baxmayaraq yaxşı hücumlarımız oldu. Futbol oynaya bilirik, komanda hücuma çıxmağı bacarır. Sadəcə son nöqtəni qoya bilmədik. Meydança amili, ilin son matçının olması da təsir edə bilər. Ümumi götürəndə komandadan razıyam. Futbolçularıma təşəkkür edirəm".
İdman.biz