Dünya kuboku: Fətəliyeva növbəti mərhələdə, Balacayeva mübarizəni dayandırıb

Xəbərlər
7 İyul 2025 21:49
178
Dünya kuboku: Fətəliyeva növbəti mərhələdə, Balacayeva mübarizəni dayandırıb

Gürcüstan Batumi şəhərində qadınlar arasında şahmat üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, bu gün azərbaycanlı zəka sahibləri ikinci dövrənin cavab oyunlarına çıxıblar.

Şahmatçılarımız dördü də günü heç-heçə başa vurublar. Nəticədə Ülviyyə Fətəliyeva iki oyundan sonra növbəti mərhələyə yüksəlib. Xanım Balacayeva qazaxıstanlı rəqibinə uduzaraq, mübarizəni dayandırıb.

Digər iki şahmatçımız isə sabah taybreykdə güclünü müəyyənləşdirəcək.

Dünya kuboku

Ülviyyə Fətəliyeva - Jilin Janq (Avstraliya) - 0,5:0,5
Seriyada hesab - 1,5:0,5
Gövhər Beydullayeva - Anahita Zahedifar (İran) - 0,5:0,5
Seriyada hesab - 1:1
Gülnar Məmmədova - Yunşan Li (Kanada) - 0,5:0,5
Seriyada hesab - 1:1
Xanım Balacayeva - Elnaz Kaliaxmet (Qazaxıstan) - 0,5:0,5
Seriyada hesab - 0,5:1,5

Qeyd edək ki, Dünya kubokunun ümumi mükafat fondu 691 250 ABŞ dollarıdır. Qalib şahmatçı 50 min dollar qazanacaq. Yekunda ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə əldə edəcək.

İdman.biz