Portuqaliyalı Vitor Pereyra karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
İdman.biz xəbər verir ki, 56 yaşlı mütəxəssis “Vulverhempton” klubunun baş məşqçisi təyin olunub.
Vitor Pereyra ilə 18 ay müddətinə müqavilə imzalandığı bildirlir.
Daha əvvəl mətbuatda “Vulverhempton”un məşqçi üçün son klubu "Əl-Şəbab"a (Səudiyyə Ərəbistanı) 800 min funt sterlinq məbləğində təzminat ödəməyə hazır olduğu barədə məlumatlar yayılmışdı.
Vitor Pereyra əvvəllər həmçinin "Portu", "Olimpiakos", "Fənərbağça" (iki dəfə) kimi komandaları çalışdırıb.
Qeyd edək ki, "Vulverhempton" hazırda Premyer Liqada sonuncudan əvvəlki 19-cu yerdədir və 16 matçda 9 xal toplayıb.
İdman.biz
