“Sabah” 13-cü olub

Xəbərlər
16 Dekabr 2024 09:10
104
“Sabah” 13-cü olub

“Sabah” Azərbaycan çempionatlarında 40-cı səfər qələbəsini qazanıb. Bakı klubu Misli Premyer Liqasının XVII turunda “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib.

İdman.biz xəbər verir ki, paytaxt təmsilçisi bu yubileyə rəqib meydanlarındakı 97-ci görüşdə nail olub. “Sabah” səfərdə ən azı 40 dəfə qalib gələn 13-cü komandadır.

Qeyd edək ki, “Sabah” ilk uğurunu Premyer Liqadakı debüt matçında əldə edib. 2018-ci il avqustun 12-də “Şamaxı” ilə səfər oyununda 1:0 hesablı qələbə qeydə alınıb.

İdman.biz