"Tofiq Bəhramov"un direktoru növbəti dəfə dəyişdirilib - FOTO

Xəbərlər
7 Dekabr 2024 11:45
184
"Tofiq Bəhramov"un direktoru növbəti dəfə dəyişdirilib - FOTO

Tofiq Bəhramov adına Respublika stadionunda növbəti dəfə direktor təyinatı baş tutub.

İdman.biz Prosport.Az-a istinadən xəbər verir ki, ötən ilin iyulunda "Neftçi"dən ayrılaraq bu vəzifəyə təyin olunmuş Tələt Məmmədov vəzifəsindən ayrılıb.

Yeni direktor isə Elnur Nağdəliyevdir.

Elnur Nağdəliyev haqda o qədər də çox informasiya yoxdur. O, daşınmaz əmlak sahəsi üzrə fəaliyyət göstərən “Facility Management Group” şirkətinin Binaların idarə edilməsi üzrə menecer vəzifəsində çalışıb. 2019-cu ilin iyunun 22-də International Facility Management Association (Beynəlxalq Daşınmaz Əmlakın İdarəedilməsi Assosiasiyası) təşkilatı tərəfindən “CFM-Certified Facility Manager” sertifikasiyasını müvəffəqiyyətlə keçib. Bununla da E.Nağdəliyev Qafqaz ölkələri arasında IFMA-nın bu dərəcəsi üzrə sertifikatını əldə edən ilk şəxs olub.

Yeni direktor Lənkəran Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, Prezident Administrasiyası rəhbərinin keçmiş müavini, hazırda Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri işləyən, tarix elmləri doktoru Zeynal Nağdəliyevin yaxın qohumudur.

Qeyd edək ki, bu, Tofiq Bəhramov adına Respublika stadionunda son 2 il ərzində 3-cü direktor təyinatıdır. Ötən ilin aprelində Tələt Məmmədovdan əvvəl Babək Hidayətov bu posta təyin olunmuşdu.

İdman.biz