“Sabah”ın baş məşqçisi postuna namizədlərdən biri bəlli olub.
İdman.biz xəbər verir ki, bu gün Krunoslav Renduliçlə yollarını ayrılan Bakı klubunu rusiyalı mütəxəssis Vasili Berezutski çalışdıra bilər.
Rusiya millisinin sabiq futbolçusu ilə danışıqlara start verilib. “Sabah” rəhbərliyi baş məşqçi kimi təcrübəsi olmayan 42 yaşlı mütəxəssisin komandanı daha yüksək pillələrə daşıyacağı qənaətindədir.
Qeyd edək ki, Berezutski hazırda Çinin “Şanxay Şenxua” klubunda Leonid Slutskinin köməkçilərindən biridir. O, bunadək Aleksey Berezutski və Viktor Qonçarenkonun rəhbərliyi altında Rusiya MOİK-ində, həmçinin sonuncu ilə “Krasnodar”da çalışıb.
İdman.biz