Krunoslav Renduliç: "İtirdiyimiz xallardan kino çəkmək olar"

Xəbərlər
9 Noyabr 2024 22:21
74
Krunoslav Renduliç: "İtirdiyimiz xallardan kino çəkmək olar"

"Oyuna böyük səhvlə başladıq və qol buraxdıq. Geri düşdükdən sonra çox çətindir. Lakin qısa müddətdən sonra oyunu bərabərləşdirdik, hətta qol vurduq".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis Misli Premyer Liqasının 13-cü turunda "Kəpəz"lə (2:2) oyunda qeydə alınan heç-heçəni şərh edib: "İkinci hissədə də daha çox hücumda oynadıq, rəqibə nisbətən yaxşı göründük. Oyunu həll etmək üçün iki 100 faizlik qol fürsətimiz oldu, amma yararlana bilmədik. Əfsuslar olsun, qol vura bilmədik və qol buraxdıq. Futbolçuların yanaşmasına, döyüşməsinə görə nəsə deyə bilmərəm. “Zirə” ilə oyunda da son dəqiqələrdə qol buraxmışdıq. Bu, fizika ilə bağlı deyil. Hər dəfə bu səbəbdən qol buraxmaq gülməli olardı. Son turlarda itirdiyimiz xallardan kino çəkmək olar. Yaxşı oynayan biz, xal itirən biz. Şərh etmək çətindir. Bu gün də yaxşı oynadıq, amma xal itirən tərəf biz olduq".

Qeyd edək ki, "Sabah" son 6 oyunda qələbə qazana bilməyib.

İdman.biz