Azərbaycanlı futbolçu Coşqun Diniyev Türkiyə Superliqasında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Bandırmaspor" səfərdə "Keçiörengücü"nün qonağı olub.
Coşqunun komandası məğlub duruma düşsə də, fasilədən sonra 2 qol vuraraq, çətin qələbə qazanıb. Start heyətində yer alan Diniyev 55-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, mövsümə 2 qələbə ilə başlayan "Bandırmaspor" lider mövqeyinə yüksəlib.
İdman.biz