“Qəbələ”dən “Neftçi”yə

Xəbərlər
1 Avqust 2024 14:19
376
“Qəbələ”dən “Neftçi”yə

“Qəbələ”nin Media və Marketinq Departamentinin rəhbəri Asəf Zeynallı klubdan ayrılıb.

İdman.biz xəbər verir ki, onunla bölgə təmsilçisi arasında müqaviləyə xitam verilib.

Zeynallı fəaliyyətini “Neftçi”də davam etdirəcək. O, Bakı klubunun mətbuat katibi təyin olunub.

Qeyd edək ki, Zeynallı 2023-cü ilin sentyabrından “Qəbələ”də çalışırdı.

İdman.biz