"Neftçi" Brkiçlə vidalaşıb

Xəbərlər
9 İyul 2024 22:48
327
"Neftçi" Brkiçlə vidalaşıb

“Neftçi” xorvatiyalı qapıçı İvan Brkiçlə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı qolkiper 2022-ci ilin yanvarından "Neftçi"nin formasını geyinib. O, paytaxt təmsilçisinin heyətində 68 oyun keçirib.

Qeyd edək ki, Brkiçin Polşanın "Motor" klubuna keçəcəyi xəbərləri yayılıb.

İdman.biz