A seriyasında mübarizə aparan “Empoli”nin yeni baş məşqçisi müəyyənləşib.
İdman.biz xəbər verir ki, bu post Roberto D`Aversaya tapşırılıb.
47 yaşlı mütəxəssis ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə imzalanıb. Roberto bu postda Davide Nikolunu əvəzləyib.
Qeyd edək ki, “Empoli” A seriyasında son mövsümü 17-ci pillədə tamamlayıb.
İdman.biz