Saşa Yunisoğlu: “Qarabağ”a rəqibin fərqi yoxdur”

Müsahibə
20 İyun 2024 17:12
370
Saşa Yunisoğlu: “Qarabağ”a rəqibin fərqi yoxdur”

“Reytinqə baxsaq, “Qarabağ” həm Malta, həm də Cəbəllütariq klublardan yuxarıdadır”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu deyib.

O, Ağdam klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibinə rəqib olmasını dəyərləndirib. Yunisoğlunun sözlərinə görə, “Qarabağ” Premyer Liqada ikinci yeri tutan “Zirə”ni 25 xal qabaqlaması komandanın gücündən xəbər verir: “Azərbaycan çempionu ötən mövsüm Avropa Liqasında yalnız “Bayer”i keçə bilmədi. Düşünürəm ki, bu cütdə “Qarabağ”a kimin rəqib olmasının fərqi yoxdur. Məncə, Qurban Qurbanovun komandası hər iki komandadan güclüdür və növbəti mərhələyə rahat keçəcək”.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab matçları 30-31-də keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz