“Skuadra Adzurra”dan 10 oyunluq SERİYA

Xəbərlər
16 İyun 2024 01:45
546
“Skuadra Adzurra”dan 10 oyunluq SERİYA

İtaliya yığması Avropa çempionatlarında 10-cu dəfə uduzmur.

İdman.biz xəbər verir ki, 7 qələbə qazanıb, 3 dəfə heç-heçə oynayıb.

"Skuadra Adzurra" AVRO-2024-ə qələbə ilə start verib. Komanda Albaniya millisinə 2:1 hesabı ilə qalib gəlib. İtaliyalılar eyni nəticəyə 1988-ci ildə imza atıblar. İtaliyanın seriyası 1968-ci ildən 1988-ə kimi davam edib (4 qələbə, 6 heç-heçə).

Qeyd edək ki, İtaliya yığması növbəti oyunda İspaniya ilə qarşılaşacaq. Qarşılaşma iyunun 20-də keçiriləcək.

İdman.biz