“Sumqayıt” daha bir futbolçusu ilə yollarını ayırıb.
Klubdan İdman.bizə verilən məlumata görə, “Gənclik şəhəri” təmsilçisi Oktavio Manteka ilə vidalaşıb.
Mövsümün əvvəlində Bolqarıstanın MOİK klubundan icarəyə götürülən 30 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti başa çatıb. Onunla yeni anlaşmaya ehtiyac duyulmayıb.
Qeyd edək ki, Manteka ötən mövsüm 26 Premyer Liqa və 3 kubok qarşılaşması olmaqla ümumilikdə 29 matçda meydana çıxıb.
İdman.biz