Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli olub.
İdman.biz xəbər verir ki, bunu Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Stanislav Çerçesov millinin baş məşqçisi təyin olunub. Rusiyalı mütəxəssisin bunadək son iş yeri Macarıstanın “Ferentsvaroş” klubu olub.
Qazaxıstan yığması Azərbaycan millisinin yoldaşlıq oyunundakı rəqibidir. Komandalar iyunun 11-də Macarıstanda üz-üzə gələcək.
Qeyd edək ki, Çerçesovun Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olduğu da iddia edilirdi.
İdman.biz