Orxan Məmmədov milli komanda ilə görüşüb - FOTO

Xəbərlər
28 May 2024 23:30
366
Orxan Məmmədov milli komanda ilə görüşüb - FOTO

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Avropa çempionatına yollanacaq minifutbol üzrə milli komandanın üzvləri ilə görüşüb.

İdman.biz xəbər verir ki, baş məşqçi Elşad Quliyevin komandanın vəziyyəti ilə bağlı hesabatı dinlənilib.

Komandada əhval-ruhiyyənin yüksək olduğunu bildirən mütəxəssis qarşıdakı yarışa hazır olduqlarını qeyd edib. Federasiya prezidenti də komandamızdan yüksək nəticə gözlədiyini və futbolçularımıza inandığını vurğulayıb.

İdman.biz