“Qarabağ” “Top-100”də irəliləyib

Xəbərlər
25 May 2024 17:31
285
“Qarabağ” “Top-100”də irəliləyib

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıda qitənin 405 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. Onlardan yalnız biri “Top-100”də yer alıb.

"Qarabağ" 293 xalla siyahıda 63-cüdür. Qurban Qurbanovun yetirmələri ötən siyahı ilə müqayisədə 1 addım irəliləyiblər.

"Neftçi" 27 xalla 227-cidir. Bakı klubu 16 addım irəliləyib. "Sabah" 20 xalla 252-ci pillədədir. Paytaxt təmsilçisi 12 pillə önə keçib. 5 xalla 358-ci yerdə olan "Qəbələ" 11 pillə yüksəlib.

Qeyd edək ki, siyahıya 2694 xala malik "Real" başçılıq edir.

İdman.biz

Məqalədə: