Bred Pitt Neymarı ələ saldı: “Ona aktyorluq dərsi keçəcəyəm”

12 Avqust 2026 09:21
81
Bred Pitt Neymarı ələ saldı: “Ona aktyorluq dərsi keçəcəyəm”

Braziliyanın “Santos” futbol komandasının hücumçusu Neymar məşhur Hollivud aktyoru Bred Pittin zarafat hədəfinə çevrilib.

İdman.Biz xəbər verir ki, Pitt “Esquire” jurnalına müsahibəsi zamanı futbolçuların meydanda qayda pozuntularını şişirtməsindən danışıb. Aktyor qarşılaşma izləyərkən futbolçulardan birinin simulyasiyasını görüb və onun aktyorluq bacarığını bəyənmədiyini zarafatla bildirib.

Pitt daha sonra Neymarın adını xüsusi qeyd edib və braziliyalıya simulyasiyanı daha inandırıcı göstərməyi öyrədə biləcəyini deyib.

“O, meydanda balet artisti kimi hərəkət edir, amma aktyorluqda köməyə ehtiyacı var”, - deyə aktyor zarafat edib.

Bred Pitt futbolçular üçün hətta “simulyasiya dərsləri” təşkil edə biləcəyini və ilk tələbəsinin Neymar olacağını söyləyib. Onun sözlərinə görə, əsas məqsəd yıxılma və qayda pozuntusundan sonra reaksiyaların daha real görünməsidir.

İdman.Biz
Məqalədə: