Millimiz üçün nəhs

Xəbərlər
6 May 2024 18:19
Millimiz üçün nəhs

Bu gün Azərbaycan millisinin növbəti rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, yığmamız Qazaxıstanla yoldaşlıq oyunu keçirəcək.

İyunun 11-də baş tutacaq görüş rəqiblər arasında 13-cü duel olacaq.

İlk dəfə 1993-cü ildə qarşılaşan komandalar indiyədək 12 matçda üz-üzə gəlib. Nəhs – 13-cü duel ərəfəsində üstünlük Qazaxıstanın tərəfindədir. Millimiz indiyədək 3 dəfə qalib gəlib və 4 heç-heçə edib. Rəqib isə 5 qələbə qazanıb. 15 qol vuran yığmamız 18 top buraxıb.

Rəsmi xarakterli turnirlərdə 6 dəfə yolları kəsişən komandalar seçmə mərhələlərdə 4, Millətlər Liqasında 2 dəfə görüşüb. 2 qələbə, 2 heç-heçə və 2 məğlubiyyəti olan millimiz top fərqində üstündür – 9-8.

Beynəlxalq turnirlər və yoldaşlıq oyunlarında rəqib daha güclü olub. 6 belə matçda 1 qələbə və 2 heç-heçəsi olan yığmamız 3 dəfə uduzub. 6 qol vuran komandamız 10 top buraxıb.

Beynəlxalq turnir
8 iyun 1993. Tehran. Azərbaycan – Qazaxıstan (U-21) – 3:3

Yoldaşlıq oyunu
28 aprel 2004. Almatı. Qazaxıstan – Azərbaycan – 2:3

AVRO-2008-in seçmə mərhələsi
6 sentyabr 2006. Bakı. Azərbaycan – Qazaxıstan – 1:1
6 iyun 2007. Almatı. Qazaxıstan – Azərbaycan – 1:1

Beynəlxalq turnir
9 mart 2007. Çimkənd. Qazaxıstan – Azərbaycan – 1:0

Yoldaşlıq oyunu
3 fevral 2008. Antalya. Azərbaycan – Qazaxıstan – 0:0

AVRO-2012-nin seçmə mərhələsi
3 iyun 2011. Astana. Qazaxıstan – Azərbaycan – 2:1
6 sentyabr 2011. Bakı. Azərbaycan – Qazaxıstan – 3:2

Yoldaşlıq oyunları
26 mart 2016. Antalya (Türkiyə). Azərbaycan – Qazaxıstan – 0:1
5 iyun 2018. Astana. Qazaxıstan – Azərbaycan – 3:0

Millətlər Liqası, C liqası
3 iyun 2022. Nur-Sultan. Qazaxıstan – Azərbaycan – 2:0
25 sentyabr 2022. Bakı. Azərbaycan – Qazaxıstan - 3:0

Vüqar Xeyrullayev
İdman.biz