Mbappe “Top-20”yə qoşulub

Xəbərlər
1 May 2024 10:05
312
Mbappe “Top-20”yə qoşulub

2024-cü ilin beynəlxalq oyunlarında ən çox qol vuran futbolçular açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlinə qitəmiqyaslı klub turnirləri və milli komandada ümumilikdə ən azı 5 qol vuranlar daxil edilib.

İlin arxada qalan 4 ayında buna yalnız 20 futbolçu nail olub. Siyahıya Qətər millisinin və “Əl Sədd”in futbolçusu Akram Afif başçılıq edir. O, 11 qola sevinib.

Aymen Husseyn (İraq, “Əl Quva”) və Musa Al-Taamari (İordaniya, “Monpelye”) 8 qolla 2-3-cü yerləri bölüşürlər.

Qeyd edək ki, siyahıda yalnız üç avropalı var. Hərəyə 5 qol vuran Mihael Qreqoriç (Avstriya, “Frayburq”), Fredrik Qulbrandsen (Norveç, “Molde”) və Kilian Mbappe (Fransa, PSJ) “20-lİk”də yer alıblar. Sonuncu ötən ay vurduğu qollarla siyahıya düşməyi bacarıb.

İdman.biz

Məqalədə: