Rövnəq Abdullayevə hədiyyə təqdim olunub

Xəbərlər
2 Aprel 2024 11:29
214
Rövnəq Abdullayevə hədiyyə təqdim olunub

AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayev FİFA-dan hədiyyə alıb.

İdman.biz xəbər verir ki, ona FIFA-nın prezidenti Canni İnfantinonun hədiyyəsi təqdim olunub.

Bu, AFFA-nın Hesabat-Seçki Konfransında gerçəkləşib. İnfantino bu hədiyyəni Rövnəq Abdullayevə 16 il assosiasiyaya rəhbərlik etdiyi üçün göndərib.

Qeyd edək ki, Abdullayev 2008-ci ildən 2024-cü ilədək qurumun prezidenti olub.

İdman.biz